0

Текст песни Elvin Nasir - Torpaq

Aşiq yenə xəyalə daldı
Məni sənsizlik qəmə saldı
Qara torpağlar səni aldı
Kimsə qayıtmır qara torpağdan

Get Allahdan məni istə
Mən dərmansız bir xəstə
Oturmuşam qəbrinin üstə
Kimsə qayıtmır qara torpağdan

Məni cənnətdəki bağa döndər
Qar dumanlı bir dağa döndər
Allah məni torpağa döndər
Kimsə qayıtmır qara torpağdan

Yay gələrdi bir bağ olaydı
Yenə günəşli bir çağ olaydı
Rəhmətdiylər sağ olaydı
Kimsə qayıtmır qara torpağdan

Ölsən belə ruhuma yarsan
Elə bilirəm sən hələ varsan
Biraz gəzək sonra qayıdarsan
Kimsə qayıtmır qara torpağdan
Поделиться текстом:
Слова песни Torpaq от исполнителя Elvin Nasir, на нашем сайте вы также можете скачать или прослушать сам трек.
Слушать
Скачать