0

Текст песни Seyyid Taleh - Gəl Ələmdarım Ölüb

Gəl belim sındı bacı, ağla ələmdarım ölüb
Dur ayağa, ciyərim yandı, sipəhdarım ölüb

Ağla sərdarım ölüb
Gəl ələmdarım ölüb

Bacı gəl rövnəqi pərgarı cəlalım dağılıb
Gülşəni ali Əli zülmü sitəmlə dağılıb
Qəddi şəmşad ələmdar, ələm tək yıxılıb
Ağla bacı, necə gör qafilə salarım ölüb

Saldı atdan üzü üstə ədu meydana bacı
Qolların bir tərəfə, cismini bir yana bacı
Lalə tək başdan ayağa boyanıb qana bacı
Oldu bağrım daxi qan, nasiri qəmxarım ölüb
Поделиться текстом:
Слова песни Gəl Ələmdarım Ölüb от исполнителя Seyyid Taleh, на нашем сайте вы также можете скачать или прослушать сам трек.
Слушать
Скачать